Göygöldə dam örtüyü sakinlərin üzərinə aşıb, xəsarət alanlar var

Göygöldə dam örtüyü sakinlərin üzərinə aşıb, xəsarət alanlar var Göygöldə üzərinə dam örtüyü aşan 2 nəfər xəsarət alıb.
Hadisə
20 İyun , 2024 21:51
Göygöldə dam örtüyü sakinlərin üzərinə aşıb, xəsarət alanlar var

Göygöldə üzərinə dam örtüyü aşan 2 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Çaylı kəndində qeydə alınıb. Hadisə zamanı xəsarət alan 2006-cı il təvəllüdlü T.Zeynalov və
2008-ci il təvəllüdlü İ.Rzazadə əvvəlcə Göygöl Mərkəzi rayon Xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

Onların hər ikisinə kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin məlumata görə, hadisə rayonda əsən güclü külək nəticəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi