Göygöldə “KAMaz” minik avtomobili ilə toqquşub, ölən və yaralılar var

Göygöldə “KAMaz” minik avtomobili ilə toqquşub, ölən və yaralılar var Göygöl rayonu ərazisində ağır yol qəzası baş verib, bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Hadisə
10 Sentyabr , 2023 22:17
Göygöldə “KAMaz” minik avtomobili ilə toqquşub, ölən və yaralılar var

Göygöl rayonu ərazisində ağır yol qəzası baş verib, bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21015” markalı avtomobilin “KAMaz” markalı yük maşını ilə toqquşması nəticəsində Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Müşfiq Bayramov ölüb, 1998-ci il təvəllüdlü Tahirli Xalay Malik oğlu, 1998-ci il təvəllüdlü Məmmədov Bayram Vəli oğlu və onların həmyaşıdı Hüseynli Elgün Mübariz oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi