Güclü külək Balakəndə 80-dən çox evin və yaşayış binasının dam örtüyünü uçurub

Güclü külək Balakəndə 80-dən çox evin və yaşayış binasının dam örtüyünü uçurub Güclü külək Balakən rayonunda 80-dən çox evin dam örtüyünü uçurub.
Hadisə
7 Sentyabr , 2023 10:40
Güclü külək Balakəndə 80-dən çox evin və yaşayış binasının dam örtüyünü uçurub

Güclü külək Balakən rayonunda 80-dən çox evin dam örtüyünü uçurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, sentyabrın 6-da axşam saatlarından rayon ərazisində güclü külək əsib.

Nəticədə rayonun Katex kəndində 80 evin, şəhər ərazisində isə 5 mərtəbəli yaşayış binasının dam örtüyü dağılıb.

Bundan başqa, şəhər ərazisində irigövdəli ağacın aşması nəticəsində 2 avtomobilə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi