Güclü külək Sumqayıtda bir sıra fəsadlar törədib, iri gövdəli ağacları aşırıb.
"Report"un yerli bürosu xəbər verir ki, güclü küləyin təsirindən şəhərin 6, 8 və 9-cu mikrorayonlarında, eyni zamanda 14 və 42-ci məhəllələrində, Lüdviqşafen parkında irigövdəli ağacları kökündən qopararaq aşırıb. Ağaclardan biri həyətdə park edilmiş avtomobillərdən birinin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsi zərər görüb.
![](https://static.report.az/photo/958d3a72-549e-3b76-8cf7-11a183c4c87e_300.jpeg)
![](https://static.report.az/photo/0061d0ec-a0d6-301d-9833-47c5019d6343_300.jpeg)
![](https://static.report.az/photo/09ade506-2c14-3ef4-9f22-39a9e77c3afe_300.jpeg)
![](https://static.report.az/photo/725b899f-d899-3be0-9796-e19b7db18ae3_300.jpeg)
![](https://static.report.az/photo/ec0e9360-5817-34ca-afb0-cd9fec0f6caa_300.jpeg)
![](https://static.report.az/photo/996942b0-120a-3815-9cc1-2056764e8d07_300.jpeg)
![](https://static.report.az/photo/77a9f708-3fbd-3efe-923a-5ae1a66e3642_300.jpeg)
![](https://static.report.az/photo/f0ceb320-2d44-32b5-b80c-eee3163edf74_300.jpeg)
![](https://static.report.az/photo/47ba780b-c122-3a0b-8849-4e9ea3d5d7e9_300.jpeg)