Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb, kəndlər işıqsız qalıb

Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb, kəndlər işıqsız qalıb Ötən gündən başlayaraq Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağır.
Hadisə
20 Mart , 2022 11:32
Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb, kəndlər işıqsız qalıb

Ötən gündən başlayaraq Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağır.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 50 santimetrə qədər çatıb.

Yerli sakinlərin sözlərinə görə, yağan qar rayonun Şatırlı, Kövüzbulaq, Ləkin, Əsədli, Suluçeşmə və Buravar və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.

Qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb. Nəticədə sözügedən kəndlərin rayonla əlaqəsi kəsilib.

Əsədli kəndinə gedən ərazidə 10 min kilovoltluq elektrik dirəyi aşıb. Bir sıra yaşayış məntəqələri işıqsız qalıb.

Hazırda rayonun ucqar dağ kəndlərində küləklə müşaiyət olunan güclü qar yağışı davam edir.

Son xəbərlər

Orphus sistemi