Ötən gün aramsız yağan yağış Ağdamda bir sıra fəsadlar törədib.
"Report"un xəbərinə görə, yağış suları rayonun Əfətli kəndi ərazisində əkin sahələrinə ziyan vurub.
Belə ki, çayın öz məcrasından çıxması nəticəsində Əfətli kəndi ərazisində pambıq, soğan, yonca, kartof sahələri, ümumilikdə, 100 hektar sahdə bitki tamamilə məhv olub.