Hazırda Gürcüstan həbsxanalarında 105 Azərbaycan vətəndaşı cəza çəkir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin fevral ayı üzrə hesabatında bildirilib.
Sənədə əsasən, onların 10-u ittiham edilən, 95-i isə məhkumdur. Aylıq müqayisədə Azərbaycan vətəndaşlarının sayı 3 nəfər azalıb.
Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 2 nəfər azalaraq 28 nəfər olub. Həmin şəxslərin 25-i kişi, 3-ü qadındır.
Qonşu ölkədə həbs cəzası çəkən xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 541, probasiya nəzarətində olan əcnəbilərin sayı isə 220-dir.