Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonu və Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində həyata keçirilən xüsusi əməliyyat zamanı 11 narkotik alverçisi saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla saxlanılan şəxslərin narkotik vasitələrin satışı ilə mütəmadi məşğul olduqları müəyyən edilib.
Həmin şəxslərin yaşadıqları evlərdə aparılan axtarış zamanı satış üçün hazırlanmış 45 bağlama heroin və pullar aşkar olunub.
Saxlanılan şəxsləri 8 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.