Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb  

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb   Gürcüstan həbsxanalarında saxlanılan əcnəbilərin 103 nəfərini Azərbaycan vətəndaşı təşkil edir
Hadisə
31 May , 2021 11:06
Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb  

Hazırda Gürcüstan həbsxanalarında 103 nəfər Azərbaycan vətəndaşı saxlanılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin aprel ayı üzrə hesabatında bildirilib.

Aylıq müqayisədə həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı 4 nəfər azalıb. Onların 9-u ittiham olunan, 94-ü 3-ü yeniyetmə olmaqla məhkumdur.

Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 1 nəfər artaraq 26 olub. Onların 23-ü kişi, 3-ü qadındır.

Qonşu ölkədə 530 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs həbs cəzası çəkir, probasiya nəzarətində isə 239 nəfər xarici ölkə vətəndaşı var.

Son xəbərlər

Orphus sistemi