Gürcüstanda zəlzələ olub, Azərbaycanda da hiss edilib - YENİLƏNİB

Gürcüstanda zəlzələ olub, Azərbaycanda da hiss edilib - YENİLƏNİB Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunmuşdur.
Hadisə
22 İyul , 2024 12:57
Gürcüstanda zəlzələ olub, Azərbaycanda da hiss edilib - YENİLƏNİB

Gürcüstanda baş verən və Azərbaycanın sərhəd rayonlarında hiss edilən zəlzələ zamanı ölkədə hər hansı dağıntı və ya insan xəsarəti qeydə alınmayıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Gürcüstan ərazisində 4.9 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

12:14

Gürcüstanın şərqində son bir həftə ərzində üçüncü zəlzələ baş verib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, yerli vaxtla saat 12:08-də ölkədə 4,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələ ocağı Dedoplistskaro şəhərindən 9 km aralıda 18 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Gürcüstandakı yeraltı təkan barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də məlumat yayıb.

Mərkəzdən "Report"a bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

Son xəbərlər

Orphus sistemi