Ötən il Gürcüstandan 14 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.
Sənədə əsasən, illik müqayisədə qonşu ölkədən çıxarılan vətəndaşlarımızın sayı iki dəfə artıb.
Hesabat ilində Gürcüstandan deportasiya olunan xarici ölkə vətəndaşlarının ümumi sayı 77 nəfər təşkil edib.