Gürcüstanın Saqareco bələdiyyəsinin azərbaycanlılar yaşayan Yormuğanlı kəndində qətl hadisəsi törədilib.
“Report”un yerli bürosu xəbər verir ki, 35 yaşlı kişi ov tüfəngi ilə ölümcül yaralanıb.
Qətlin qadın tərəfindən törədildiyi bildirilir. Polis həmin şəxsi axtarır.
Hadisənin səbəbi hələ bilinmir. Hazırda kənddə ekspert-kriminalistlər işləyir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb.