Hacıqabulda avtomobil hasara çırpılıb, ölən var

Hacıqabulda avtomobil hasara çırpılıb, ölən var Hacıqabulda yol-nəqliyyat hadisəsi nəticəsində sürücü ölüb.
Hadisə
13 Dekabr , 2023 07:38
Hacıqabulda avtomobil hasara çırpılıb, ölən var

Hacıqabulda yol-nəqliyyat hadisəsi nəticəsində sürücü ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini 1965-ci il təvəllüdlü Məmmədov Elçin Adil oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobili yolun kənarındakı hasara çırpıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri almış sürücü xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi