Hacıqabulda beş gün öncə ölmüş kişinin meyiti tapılıb

Hacıqabulda beş gün öncə ölmüş kişinin meyiti tapılıb Hacıqabulda bir neçə gün bundan əvvəl ölmüş kişinin meyiti aşkar edilib.
Hadisə
11 Noyabr , 2023 21:05
Hacıqabulda beş gün öncə ölmüş kişinin meyiti tapılıb

Hacıqabulda bir neçə gün bundan əvvəl ölmüş kişinin meyiti aşkar edilib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Talış kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Əsədov Qalib Əlisa oğlu tək yaşadığı evində ölü tapılıb. İlkin məlumata görə, o, dörd-beş gün həyətdə görünməyib. Şübhəli olduğundan aidiyyəti qurumlara müraciət edilib. Onun öldüyü məlum olub.

Meyit müayinə olunmaq üçün Hacıqabul “morqu”na göndərilib. Üzərində hər hansı bir zorakılıq əlaməti aşkar edilməyib. Q. Əsədovun səfil həyat sürdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi