Hacıqabulda pomidorla dolu yük avtomobili aşıb

Hacıqabulda pomidorla dolu yük avtomobili aşıb Hacıqabul rayonunda pomidorla dolu yük avtomobili aşıb.
Hadisə
13 İyun , 2023 12:43
Hacıqabulda pomidorla dolu yük avtomobili aşıb

Hacıqabul rayonunda pomidorla dolu yük avtomobili aşıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, pomidorla dolu “Qazel” markalı yük avtomobili hərəkətdə olarkən anidən idarəetməni itirərək yolun kənarına aşıb.

Hadisə zamanı sürücü müxtəlif dərəcəli yüngül xəsarətlər alıb.

Maşında olan pomidor məhsulu yola dağılaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi