Hacıqabulda yol qəzası olub, 3 nəfər xəsarət alıb

Hacıqabulda yol qəzası olub, 3 nəfər xəsarət alıb Hacıqabulda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.
Hadisə
19 Oktyabr , 2023 08:36
Hacıqabulda yol qəzası olub, 3 nəfər xəsarət alıb

Hacıqabulda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Hacıqabul rayon sakinləri 1992-ci il təvəllüdlü Məmmədzadə Samir Məmmədhəsən oğlu, 1989-cu il təvəllüdlü Zülfüqarov Sahil Gülqardaş oğlu və Salyan rayon sakini 1996-cı il təvəllüdlü Dadaşov Ağaqardaş Fərhad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi