Hacıqabulda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Hacıqabulda yol qəzası olub, 5 nəfər xəsarət alıb Hacıqabulda baş verən yol qəzasında 5 nəfər yaralanıb.
Hadisə
18 May , 2023 22:26
Hacıqabulda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Hacıqabulda baş verən yol qəzasında 5 nəfər yaralanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Əsədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, yol qəzası zamanı 1965-ci il təvəllüdlü İsmayılova Güldanə Mahal qızı, 1994-cü il təvəllüdlü Babazadə Zahid Rahim oğlu, 1989-cu il təvəllüdlü Əliyev Yaqub Faiq oğlu, 1967-ci il təvəllüdlü Əliyeva Mehriban Rüstəm qızı və 1954-cü il təvəllüdlü Mirzəliyev Qiyas Mirzəli oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi