Hacıqabulda yol qəzasına düşən qardaşlar koma vəziyyətindədirlər - YENİLƏNİB

Hacıqabulda yol qəzasına düşən qardaşlar koma vəziyyətindədirlər - YENİLƏNİB Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alanlar var.
Hadisə
6 Oktyabr , 2024 00:20
Hacıqabulda yol qəzasına düşən qardaşlar koma vəziyyətindədirlər - YENİLƏNİB

Hacıqabul rayonunda ağır yol qəzasında xəsarətlər alan iki nəfərin şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində rayonun Muğan kənd sakinləri, 1992-ci il təvəllüdlü Quluzadə İmran Nəbi oğlu və onun qardaşı, 1985-ci il təvəllüdlü Quliyev Anar Nəbi oğlu xəsarətlər alıb.

Xəstəxanaya yerləşdirilən qardaşlar koma vəziyyətindədirlər.

2024-10-05 22:26

Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində iki nəfərin ağır xəsarət aldığı bildirilir. Onlardan biri Şirvan, digəri isə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi