Hacıqabulda yol qəzasında 3-ü bir ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yoldakı maneə çırpılıb.
Qəza nəticəsində Sumqayıt şəhər sakinləri - 1994-cü il təvəllüdlü Həşimov Mirağa Yaşar oğlu, 1971-ci il təvəllüdlü Həşimova Reyhan Əliağa qızı, 1997-ci il təvəllüdlü Həşimova Raya Yaşar qızı və Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İsgəndərova Şəfiqə Nəsib qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.