Hacıqabulda yol qəzasında ölənlərin sayı ikiyə çatıb - YENİLƏNİB

Hacıqabulda yol qəzasında ölənlərin sayı ikiyə çatıb - YENİLƏNİB Hacıqabulun Abulyan kəndində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.
Hadisə
20 Noyabr , 2023 22:03
Hacıqabulda yol qəzasında ölənlərin sayı ikiyə çatıb - YENİLƏNİB

Hacıqabulun Abulyan kəndində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.

“Report”un Aran bürosunun məlumatına görə, xəsarət alan 3 nəfərdən biri - Abdulabad kənd sakini, 2010-cu il təvəllüdlü Əliyar Şirəliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, qəza zamanı 2010-cu il təvəllüdlü Məhəmməd Abışov hadisə yerində ölüb, xəsarət alan 2 nəfər Şirəliyev Rafail Əlzamin oğlu və Abışov Pənah Şamo oğlu isə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər.

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

21:13

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Abdulyan kəndində qeydə alınıb.

Avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi