Bayram günlərində toylara görə cərimələnən şəxslərin sayı açıqlanıb

Bayram günlərində toylara görə cərimələnən şəxslərin sayı açıqlanıb Həftəsonu Azərbaycanda toylara görə 5 nəfər cərimələnib, 93 nəfər şənliyə buraxılmayıb.
Hadisə
3 Yanvar , 2022 10:00
Bayram günlərində toylara görə cərimələnən şəxslərin sayı açıqlanıb

Bayram günlərində Azərbaycanda toylara görə cərimələnən şəxslərin sayı açıqlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 1-2-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 298 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 295 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 93 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Son xəbərlər

Orphus sistemi