Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Hövsan qəsəbəsində yolu keçən 1980-ci il təvəllüdlü Qorbunov Aleksandr Mixayıloviç oğlunu avtomobil vurub.
Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.