“İdeal”ın keçmiş sahibi məhkəmədə ifadə verib

“İdeal”ın keçmiş sahibi məhkəmədə ifadə verib Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
7 İyun , 2021 17:02
“İdeal”ın keçmiş sahibi məhkəmədə ifadə verib
İlqar İsmayılov

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda İ.İsmayılovun müdafiəçisi İlhamə Həsənova bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə 2013-2016-cı illər ərzində özünə məxsus olan şirkətdən 680 min manat vəsaiti mənimsəməkdə ittiham edilir.

O qeyd edib ki, təqsirləndirilən şəxs həmin dövrdə şirkətin xəzinəsinə 10 milyon manatdan artıq mədaxil edib.

Daha sonra vəkil həmin mədaxil qəbzlərinin sübutlar siyahısına daxil edilməsi, mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Təqsirləndirilən şəxsin digər vəkili Rəşad Əliyev məhkəmə iclaslarının audio yazısının aparılması ilə bağlı vəsatət qaldırıb. Vəkil bildirib ki, hazırlıq iclasında bununla bağlı vəsatət qaldırılsa da, məhkəmənin texniki imkanları olmaması səbəbilə təmin edilməyib:

"Buna görə də audio yazının müdafiə tərəfinin texniki vasitələri vasitəsilə həyata keçirilməsi və yazıların məhkəmə iclas protokoluna əlavə edilməsinə icazə verməyinizi xahiş edirik. Bu, işin tam, dolğun araşdırılması üçün vacibdir".

Vəsatət təmin edilməyib.

Vəkilər - İlhamə Həsənova və Rəşad Əliyev məhkəmə tərkibinə yazılı etiraz təqdim ediblər.

Məhkəmə müşavirədən sonra etirazın baxılmamış saxlanılması barədə qərarı elan edib.

Daha sonra məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən İ.İsmayılov ittihama münasibətində özünü qətiyyən təqsirli bilmədiyini, ittihamları qəbul etmədiyini bildirib.

Növbəti proses iyunun 21-nə təyin edilib.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi