İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.