İmişlidə iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

İmişlidə iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb İmişli rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
15 Oktyabr , 2024 19:06
İmişlidə iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

İmişli rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Adəm Əzizalıyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Vüsal Abbasovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.

Hadisə zamanı xəsarət alan hər iki sürücü və sərnişinlər Natiq Nəsirov, İsmayıl Abbasov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi