İŞİD-a qoşulan türk qadın Almaniyaya gətirilib - FOTO

İŞİD-a qoşulan türk qadın Almaniyaya gətirilib - FOTO 2015-ci ildə İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyanın Raqqa şəhərinə gedən türk qadın Almaniyaya gətirilib
Hadisə
10 Mart , 2021 14:19
İŞİD-a qoşulan türk qadın Almaniyaya gətirilib - FOTO

İŞİD terror qruplaşmasına qoşulmaq üçün 2015-ci ildə Suriyanın Raqqa şəhərinə gedən türk qadın Almaniyaya gətirilib.

“Report”un Avropa bürosunun məlumatına görə, Frankfurt-Ərbil reysi ilə Almaniyaya gətirilən qadınların arasında milliyətcə türk Merve Aydın da olub.

Onu hava limanında Almaniya polisi və valideynləri Sevinc Ferat Aydın qarşılayıblar.

İfadəsinin alınması üçün polis idarəsinə aparılan iki uşaq anası M.Aydın daha sonra ailəsinə təhvil verilib.

Anası S.Aydın jurnalistlərə açıqlamasında bildirib ki, qızı 2015-ci ildə internet vasitəsi ilə tanış olduğu Bilal adlı İŞİD üzvünün yanına gedib, orada evləniblər, iki uşaqları olub.

“Bilal adlı şəxs 2017-ci ildə Raqqa şəhərindəki hərbi əməliyyat nəticəsində öldürülüb. Neçə ildir ki, qızımın Almaniyaya qaytarılması üçün danışıqlar aparırıq. Buna görə Suriyaya da getdik, oradakı dövlət adamları ilə görüşdük. Nəhayət, Almaniya hökumətinin işə qarışması ilə indi qızım yenidən bizimlədir. Bu alman dövlətinin bizə ən böyük hədiyyəsidir”, - S.Aydın bildirib.

M.Aydının himayəsində olan iki uşağa görə həbs edilməməsi və ya cəzasının ev həbsi olacağı proqnozlaşdırılır.

Merve Aydın
Merve Aydın

Son xəbərlər

Orphus sistemi