İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin rayonun Göytəpə kənd sakini Namiz Mirzəliyev olduğu müəyyən edilib. Ondan bir ədəd “TOZ” markalı ov tüfəngi, həmin silaha məxsus patronlar və ovladığı 5 ədəd çöl quşu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır