"Əvvəlki illərdən bağlı qalan cinayət işlərinin açılması məqsədi ilə Baş Prokurorluğun İstintaq İdarəsində prokurorluq, daxili işlər orqanları və dövlət təhlükəsizliyi xidmətinin əməkdaşlarından ibarət xüsusi istintaq qrupu yaradılmış və birgə fəaliyyət nəticəsində 2000-2021-ci illərdə qeydə alınmaqla bağlı qalan 8 cinayət işinin açılması təmin olunub".
"Report"un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.
O deyib ki, bu istiqamətdə fəaliyyət davam etdirilir.