"Koronavirus infeksiyası ilə bağlı klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla əlaqədar başlanmış cinayət işinin istintaqı davam etdirilir".
"Report"un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, istintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək: "Bu, ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları bu sahədə üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək".