Kəlbəcər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon ərazisində "VAZ-21021" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı avtomobildə olan 5 nəfərdən 3-ü, Məmmədov Natiq (2002-ci il təvəllüdlü), Əmraslanov Hüseyn (1999-cu il) və Hüseynov Niyaməddin ( 1997-ci il) xəsarət alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar. Onların hər üçünün vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, avtomobil qəzasına düşənlər Kəlbəcər ərazisində infrastruktur işləri görən şirkətlərdən birinin əməkdaşlarıdır.
Faktla bağlı araşdırmalara başlanılıb.