Kiyevin raket düşən yaşayış binasının yerləşdiyi ərazidən - FOTOREPORTAJ

Kiyevin raket düşən yaşayış binasının yerləşdiyi ərazidən - FOTOREPORTAJ Kiyevin Solomenskiy rayonunun Lobanovski prospekti, 6a ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına mərmi düşməsi nəticəsində bir nəfər ağır yaralanıb.
Hadisə
26 Fevral , 2022 16:47
Kiyevin raket düşən yaşayış binasının yerləşdiyi ərazidən - FOTOREPORTAJ

Kiyevin Solomenskiy rayonunun Lobanovski prospekti, 6a ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına mərmi düşməsi nəticəsində bir nəfər ağır yaralanıb.

“Report”un Şərqi Avropa bürosunun əməkdaşı hadisənin baş verdiyi əraziyə yollanıb.

Ərazidə çəkiliş aparan zaman məlum olub ki, həmin binanın sakinləri sığınacağa yerləşiblər. Amma dağıntılar səbəbindən ərazidə olan bir nəfər yaralanıb.

Qeyd edək ki, rusiyalı diversantlar paytaxtın Julyan aeroportunun yaxınlığında çoxmərtəbəli yaşayış binasına ağır texnika ilə atəş açıb. Raket binanın 17-18-ci mərtəbələrinə düşüb. Tikili dağıntılara məruz qalıb və yanğın olub.

Fövqəladə Hallar Dövlət Xidmətinin 12 nəfər və 3 texnikasının səyi ilə yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi