Kommersiya məhkəmələrində baxılan işlərin sayı açıqlanıb

Kommersiya məhkəmələrində baxılan işlərin sayı açıqlanıb Ötən il kommersiya məhkəmələri tərəfindən pandemiya məhdudiyyətləri nəzərə alınmaqla 7 200-ə yaxın işə baxılıb, iddiaların 94 faizi təmin olunub.
Hadisə
18 May , 2021 09:28
Kommersiya məhkəmələrində baxılan işlərin sayı açıqlanıb
0 : 00
0 : 00

Ötən il kommersiya məhkəmələri tərəfindən pandemiya məhdudiyyətləri nəzərə alınmaqla 7 200-ə yaxın işə baxılıb, iddiaların 94 faizi təmin olunub.

“Report”un xəbərinə görə, ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, kommersiya mübahisələri üzrə yekun qərarların 80 faizi ilə tərəflər razılaşıb.

"Başqa sözlə, həmin işlərdən apellyasiya şikayəti verilməyib. Xüsusilə vurğulamalıyam ki, kommersiya məhkəmələrinin yekun qərarlarının 96%-nin dəyişdirilməyərək sabit qalması sahibkarlıqla bağlı mübahisələrə ixtisaslaşdırılmış qaydada daha peşəkar və effektiv baxılmasının göstəricisidir", - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi