Koronavirus xəstəsi azad olunmuş əraziyə icazəsiz keçərkən saxlanıldı

Koronavirus xəstəsi azad olunmuş əraziyə icazəsiz keçərkən saxlanıldı Aprelin 22-də saat 6 radələrində Ağdam rayon sakini Rəşad Əliyev Təzəkənd kəndi ərazisindən işğaldan azad olunmuş əraziyə icazəsiz keçərkən saxlanılıb
Hadisə
3 May , 2021 10:44
Koronavirus xəstəsi azad olunmuş əraziyə icazəsiz keçərkən saxlanıldı

Aprelin 22-də saat 6 radələrində Ağdam rayon sakini Rəşad Əliyev Təzəkənd kəndi ərazisindən işğaldan azad olunmuş əraziyə icazəsiz keçərkən saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə protokol tərtib olunaraq rayon məhkəməsi tərəfindən 15 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilib.

Həkim müayinəsi nəticəsində “COVID-19” virusuna yoluxduğu aşkarlandığından o, müalicə alması üçün evə buraxılıb.
Lakin mayın 2-də saat 5 radələrində R.Əliyev “VAZ-21015” markalı avtomobillə evi tərk edərək Təzəkənd kəndi ərazisində yerləşən nəzarət postundan keçərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq postun şlaqbaumunu qıraraq işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib. Polis əməkdaşları tərəfindən onun bu cəhdinin qarşısı alınıb, tibbi prosedurlar gözlənilməklə o, evinə qaytarılıb.

Xəstəliklərin yayılmasına real təhlükə yaratdığına görə Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi