Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Tofiq Kərimov korrupsiya əməlində şübhəli bilinərək saxlanılıb.
"Report"un əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Əməliyyat nəticəsində T.Kərimov saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a bildirilib ki, məsələ ilə bağlı əlavə məlumat veriləcək.