Kür-Bakı su kəmərində baş vermiş qəza aradan qaldırılır - YENİLƏNİB

Kür-Bakı su kəmərində baş vermiş qəza aradan qaldırılır - YENİLƏNİB Kür-Bakı magistral su kəmərinin daha birində qəza baş verib.
Hadisə
3 May , 2023 19:22
Kür-Bakı su kəmərində baş vermiş qəza aradan qaldırılır - YENİLƏNİB

Kür-Bakı magistral su kəmərinin Hacıqabul, Biləsuvar rayonlarını və Şirvan şəhərini su ilə təmin edən hissəsində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində son tamamlama işləri görülür.

“Report”un Aran bürosunun məlumatına görə, Hacıqabul, Biləsuvar rayonlarını və Şirvan şəhərini içməli su ilə təmin edən Kür-Bakı su kəmərində baş vermiş qəza aradan qaldırılır.

Hacıqabul Rayon İcra Hakimiyyətindən “Report”un yerli bürosuna verilən məlumata görə, su kəmərinin təmiri axşam saatlarında tam başa çatacaq və sözügedən yaşayış məntəqələrinə  suyun verilişi bərpa olunacaq.

Qeyd edək ki, hadisə ötən gün Kür-Bakı magistral su kəmərinin Hacıqabul rayonunun Meyniman kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Xatırladaq ki, mayın 2-də Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verib.

13:40

Kür-Bakı magistral su kəmərinin daha birində qəza baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.

Qəza Kür-Bakı magistral su kəmərinin Hacıqabul, Biləsuvar rayonları və Şirvan şəhərini suyla təmin edən hissəsində baş verib. Nəticədə həmin yaşayış məntəqələrinə içməli suyun verilişi dayandırılıb. Artıq iki gündür ki, sözü gedən rayonların və şəhərin əhalisi susuz qalıb.

Hacıqabul Rayon İcra Hakimiyyətindən “Report”un yerli bürosuna verilən məlumata görə, qəzanın nəticələrini aradan qaldırmaq məqsədi ilə həmin əraziyə aidiyyəti qurumların işçiləri cəlb olunub. Hazırda həmin ərazidə işlər davam etdirilir. Günün sonunadək magistral su kəmərinin bərpa olunması gözlənilir.

Qeyd edək ki, mayın 2-də Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verib.

Son xəbərlər

Orphus sistemi