Bu gün günorta saatlarında 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının meyiti Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun axtarışları davam etdirilir.
Qeyd edək ki, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızı və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə aprelin 9-da FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub və FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.