Kürdəmir rayonunda atasına yas mərasimi təşkil edən şəxs saxlanılıb.
"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdapay kənd sakini Süleymanov Famil Əlbaba oğlunun atasına yas mərasimi təşkil etdiyi məlum olub.
Polis əməkdaşları Famil Süleymanovu saxlayaraq polis şöbəsinə gətiriblər.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Famil Süleymanov İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə olunub.