Kürdəmirdə gənc qız özünü hərəkətdə olan avtomobildən yola atıb

Kürdəmirdə gənc qız özünü hərəkətdə olan avtomobildən yola atıb Kürdəmirdə sürücü ilə mübahisə edən gənc qız özünü hərəkətdə olan avtomobildən yola atıb.
Hadisə
13 Sentyabr , 2020 11:15
Kürdəmirdə gənc qız özünü hərəkətdə olan avtomobildən yola atıb

Kürdəmir rayonunda sürücü ilə mübahisə edən 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb.

"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, Kürdəmir rayonunun Xırdapay kəndinin 27 yaşlı sakini İbadov Əsəd Füzuli oğlu "VAZ-2107" markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən onunla sərnişini, Kürdəmir rayon Şıxımlı kəndinin 21 yaşlı sakini Şükürova Ayşən Aqil qızı arasında mübahisə yaranıb. Bu zaman  A.Şükürova hərəkətdə olan avtomobilin qapısını açaraq özünü avtomobildən yerə atıb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan A.Şükürova Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıya ilkin tibbi yardım göstərsələr də, vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi