Kürdəmirdə 5 yaşlı uşaq binanın 4-cü mərtəbəsindən yıxılıb

Kürdəmirdə 5 yaşlı uşaq binanın 4-cü mərtəbəsindən yıxılıb Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.
Hadisə
9 May , 2024 19:33
Kürdəmirdə 5 yaşlı uşaq binanın 4-cü mərtəbəsindən yıxılıb

Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə məcburi köçkünlərin yaşadığı şəhərcikdə yerləşən binalardan birində baş verib.

Belə ki, nəzarətsiz qalan 2019-cu il təvəllüdlü N.Mustafazadə yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.

Yaxınları onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ağır olduğundan onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, N.Mustafazadə autizm sindromlu uşaqdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi