Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.
Hadisə
20 Noyabr , 2023 20:24
Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqallı kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil həmin yolda hərəkətdə olarkən əks istiqamətdə gələn "VAZ-21011" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə hər iki avtomobildə olan Ağsu sakinləri - 26 yaşlı Hüseynov Məhərrəm Əfqan oğlu, 36 yaşlı Əhmədov Elməddin Şakir oğlu, 46 yaşlı Kərimov Alim Arif oğlu və 40 yaşlı Məhərrəmov Seymur Təvəkkül oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktnan bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi