Kürdəmirdə ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Kürdəmirdə ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.
Hadisə
2 Dekabr , 2023 21:32
Kürdəmirdə ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Kürdəmirdə ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar Bakı şəhər sakinləri iki bacı 51 yaşlı Quliyeva Yaqut Məmməd qızı, 54 yaşlı Quliyeva Yeganə Məmməd qızı və Şəmkir rayon sakini, 22 yaşlı Məhərrəmli Əmrah Sahib oğludur.

Hazırda faktla bağlı araşdırma aparılır.

20:19

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "Mercedes"in toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi