Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.
Belə ki, "Nissan" markalı avtomobil yolu keçmək istəyən 37 yaşlı Hacıyev Amil Kamil oğlunu vurub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.