Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var

Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə
24 Avqust , 2021 19:17
Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mitsubishi" markalı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü Quliyev Ceyhun Əvəz oğlu idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi