Kürdəmirdə avtomobil su kanalına aşıb, iki nəfər boğularaq ölüb

Kürdəmirdə avtomobil su kanalına aşıb, iki nəfər boğularaq ölüb Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.
Hadisə
16 Avqust , 2023 17:24
Kürdəmirdə avtomobil su kanalına aşıb, iki nəfər boğularaq ölüb

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mitsubishi” markalı avtomaşın Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşın yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb.

Nəticədə avtomobildə olan sürücü, Laçın rayon sakini, 1959-cu il təvəllüdlü Qarayev Yaşar Əli oğlu və onun həmyerlisi olan sərnişini, 1964-cü il təvəllüdlü Xanalıyev Vidadi Sabir oğlu suda boğularaq dünyasını dəyişib.

Onların meyitləri sudan çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxslər Laçın rayonundan Bakı şəhərinə gedirmişlər.

Son xəbərlər

Orphus sistemi