Kürdəmir rayonunda 61 yaşlı qadın evində ölü tapılıb.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Soltan Şıxəliyev küçəsində qeydə alınıb.
Onun Kürdəmir bazarında xadimə işləyən, 1960-cı il təvəllüdlü Bədəlova Xanımqız Şiralı qızı olduğu müəyyənləşib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda hadisənin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.