Kürdəmir rayonu Muradxan kənd sakini İbrahim Salmanovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən həmkəndlisi Amil Abuşov saxlanılıb.
O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, İ.Salmanova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.