Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü Hacızadə Emin Namiq oğlu "Mercedes" markalı avtomobillə Bakı İstiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılaraq aşıb. Hadisə zamanı sürücü və sərnişinlər - 21 yaşlı Qasımov Ümid Eynulla oğlu, 27 yaşlı Həsənzadə Ucal Müzahid oğlu və 32 yaşlı Abubəkirov Bayram Mayis oğlu müxtəlif xəsarətlər alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.