Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, həmin yolda hərəkətdə olan ”QAZel”markalı avtomobilin sürücüsü yolu keçmək istəyən Hacıqabul rayon sakini, 1991-ci il təvəllüdlü Ağabalıyev Hacı Adil oğlunu vurub. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. “QAZel”in sürücüsü hadisə yerindən yayınmaq istəsə də onun niyyəti baş tutmayıb. YPX-nin əməkdaşları onu saxlayaraq, məsuliyyətə cəlb ediblər.
Faktla bağlı araşdırma aparılır.