Kürdəmirdə reyd zamanı 25 sürücüyə protokol tətbiq olunub

Kürdəmirdə reyd zamanı 25 sürücüyə protokol tətbiq olunub Kürdəmirdə avtonəqliyyat vasitələrinə qarşı “Təmiz hava” aylığı çərçivəsində reyd keçrilib.
Hadisə
25 Aprel , 2021 16:43
Kürdəmirdə reyd zamanı 25 sürücüyə protokol tətbiq olunub

Kürdəmirdə avtonəqliyyat vasitələrinə qarşı “Təmiz hava” aylığı çərçivəsində reyd keçrilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Rayon Polis Şöbəsinin Yol Polis Bölməsi (RPŞ DYPB) əməkdaşları rayonda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə reydlər keçirir. Əsas məqsəd ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində nəzarətin gücləndirilməsindən ibarətdir.

Reyd həm də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tədbirlər planınına uyğun olaraq avtonəqliyyat vasitələrindən atılan zərəli tullantıların atmosferin çirklənməsinin qarşısının alınması və mühərriklərin işlənmiş qazlardan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələrini müəyyən etmək, qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi məqsədi daşıyır. Reyd zamanı 70 yaxın avtonəqliyat vasitəsi saxlanılıb, onlardan 25 sürücüyə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tətbiq olunub.

Reydlərin Kürdəmir RPŞ YPB-nin əməkdaşları tərəfindən ilin sonuna qədər mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi