Kürdəmirdə yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyənləşib – YENİLƏNİB

Kürdəmirdə yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyənləşib – YENİLƏNİB Kürdəmir rayonunda yol qəzası olub, ölən və xəsarət alanlar var.
Hadisə
4 İyul , 2024 12:46
Kürdəmirdə yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyənləşib – YENİLƏNİB

Kürdəmir rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəza nəticəsində ölən sərnişinin Pakistan vətəndaşı, 1977-ci il təvəllüdlü Xan Kamran Malik olduğu dəqiqləşdirilib.

Qəza zamanı xəsarət alanlar isə Göygöl sakini, 1991-ci il təvəllüdlü Cəfərov Ayxan Qabil oğlu,, Pakistan vətəndaşı, X.K.Malikin həyat yoldaşı Amin Rabia Pakistani və onların 2018-ci il təvəllüdlü oğlu Zame Alidir.

X.K.Malikin meyiti aidiyyəti üzrə təhvil verilib.

11:36

Kürdəmir rayonunda yol qəzası olub, ölən və xəsarət alanlar var.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı bir Pakistan vətəndaşı hadisə yerində ölüb, üçi nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi